Dövlət çevrilişindən sonra Qabon sərhədləri açdı

Dövlət çevrilişindən sonra Qabon sərhədləri açdı

Qabonda hərbçilər avqustun 30-da dövlət çevrilişindən sonra bağladıqları sərhədləri açdıqlarını elan ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Qabonun Keçid və Qurumların Bərpası Komitəsinin (CTRI) nümayəndəsi polkovnik Ulrix Manfumbi məlumat verib.

Manfumbi qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılması dərhal qüvvəyə minməlidir.

“Bu addım bizim qanunun aliliyinə hörmət, qonşularımız və dünyanın bütün dövlətləri ilə yaxşı münasibətləri saxlamaq istəyimizi əks etdirir, həmçinin bu dövlətin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə qəbul edilib”.