Dövlət büdcəsi niyə kəskin artırıldı?

Dövlət büdcəsi niyə kəskin artırıldı?

Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

Maliyyə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396.3 milyon manata çatdırılıb.

Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

“Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək”, – deyə nazirlik bəyan edib.