2024 12 30 10 41

“Cənubi Saxalinsk – Novosibirsk” marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi İrkutsk vilayətinin Bratsk aeroportunda təcili eniş edib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqi Sibirin Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisəyə səbəb sərnişinlərdən birinin vəfat etməsi olub.

““S7” aviaşirkətinin 5258 saylı reysi ilə Yuzno-Saxalinsk-Novosibirsk marşrutu üzrə uçan təyyarəsi Bratskda məcburi eniş edib. Sərnişinlərdən birinin səhhəti pisləşib və o, vəfat edib”, – məlumatda bildirilir.

Qeyd edilir ki, meyit təyyarədən çıxarıldıqdan sonra təyyarə Moskva vaxtı ilə 09:33-də Novosibirskə uçuşunu davam etdirib.

Globalinfo.az

Paylaş: