Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi başa çatıb.
Globalinfo.az xəbər verir ki, D.Tramp and içdikdən sonra qonaqlar Kapitoli binasını tərk edib.
Trampın bazar ertəsi “Capital One Arena”da tərəfdarları ilə görüşəcəyi gözlənilir.
***
İkinci dəfə ABŞ-ın Prezidenti vəzifəsinə seçilən Donald Trampın andiçmə mərasimi başlayıb.
Globalinfo.az xəbər verir ki, tədbir Kapitoli binasında keçirilir.
Qeyd edək ki, Donald Tramp ilk dəfə 2016-2020-ci illərdə 45-ci Prezident olaraq bu vəzifəni icra edib.

































