“Dolları dünya valyutası kimi itirsək…” – Tramp xəbərdarlıq etdi

“ABŞ-ın sanksiyaları dolları qlobal valyuta kimi məhv edir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

“ABŞ hakimiyyəti dolları dünya valyutası kimi öz əlləri ilə öldürür. Bunu digər dövlətlərə, o cümlədən Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə həyata keçirir. Mən də prezident olarkən sanksiyalar tətbiq etdim. Amma onları çox tez aradan qaldırdım. Çünki bu sanksiyalar dolları məhv edir. Dolların dünya valyutası olaraq mövcudluğu bizə lazımdır. Əgər biz dolları dünya valyutası kimi itirsək, bu, məğlubiyətlə nəticələnən müharibəyə bərabər olacaq. Hazırkı Amerika administrasiyası məhdudlaşdırıcı tədbirlərdən sui-istifadə edir. Belə olan halda isə Rusiya və digər dövlətlər bizə ehtiyac duymadıqları üçün lovğalanırlar”, – deyə Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az