Zohran Mamdani3

Yeni seçilmiş Nyu-York meri Zöhran Mamdaninin əleyhdarları onu şəhərdə şəriət qanunları tətbiq etməkdə günahlandırırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Metro” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, sosial mediada Məmdaninin Nyu-York şəhərini “cihadçılar tərəfindən idarə olunan müsəlman cənnətinə” çevirmək istədiyi bildirilib. Eyni zamanda onun şəriət qanununu şəhər sakinlərinin həyatının “rəhbər prinsipi”nə çevirməyə çalışdığı iddia edilib.

Lakin jurnalistlər Mamdaninin özünün heç vaxt belə fikir səsləndirmədiyini vurğulayırlar. O, yalnız İslam dini ilə əlaqəsi barədə açıq danışıb və özünü şiə əqidəsində olan müsəlman kimi təqdim edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: