İsrail Dohanı vurdu: HƏMAS lideri öldürüldü – VİDEO

İsrail Dohanı vurdu: HƏMAS lideri öldürüldü - VİDEO

İsrailin Dohaya endirdiyi zərbə nəticəsində HƏMAS lideri Xəlil əl-Hayya öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-ərəbiyyə” telekanalı məlumat yayıb.

Hadisə yerində Xalid Məşal, Məhəmməd Darviş, Razi Hamad və İzzət əl-Rişkin olduğu bildirilir.

***17:18

İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA) birgə bəyanat yayıb.

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bəyanatda deyilir ki, “HƏMAS terror təşkilatının yüksək rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib”.

“İllərdir HƏMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edir, 7 oktyabr qırğınına görə birbaşa məsuliyyət daşıyır və İsrail dövlətinə qarşı müharibə təşkil edir və ona rəhbərlik edirdilər.

Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması, o cümlədən yüksək dəqiqlikli döyüş sursatlarının istifadəsi və əlavə kəşfiyyat məlumatlarının alınması üçün tədbirlər görülüb.

İsrail Müdafiə Qüvvələri və ISA 7 oktyabrda kütləvi qətldən məsul olan HƏMAS terror təşkilatını məğlub etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcək”, – bəyanatda deyilir.

***17:12

Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumatlara görə, İsrail HAMAS hərəkatının liderlərindən birini zərərsizləşdirmək üçün Dohaya zərbə endirib.