Unikal metod: rus hərbçiləri belə əlaqə yaradırlar – VİDEO

Unikal metod: rus hərbçiləri belə əlaqə yaradırlar - VİDEO

Rusiya Silahlı Qüvvələrinin Baxmut şəhərindəki qərargahı ilə digər ordu mərkəzləri arasında əlaqə məşhur “Discord” sosial platforması ilə yaradılır.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, rus hərbçiləri bir-biriləri ilə oyun, çat, danışıq və videozəng proqramı olan “Discord” vasitəsi ilə əlaqə saxlayırlar.

Qeyd edək ki, sözügedən proqram dünyada ən çox istifadə olunan 30-cu sosial platformadır.

Ayşən Mustafa
Globalinfo.az