Tovuz döyüşləri iştirakçısının köməyə ehtiyacı var – FOTO

Tovuz döyüşləri iştirakçısının köməyə ehtiyacı var - FOTO

Tovuz rayonu Əyyublu kənd sakini, iyul döyüşləri iştirakçısı 37 yaşlı hərbçi Hüseynov Elnur Vahid oğlu kəskin mieoblast leykemiya (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.

Globalinfo.az-a bu barədə onun döyüş yoldaşları məlumat verib.

Məlumata görə, E.Hüseynovun Azərbaycanda sağalması mümkün deyil:

“Bizə dedilər ki, Elnurun əməliyyatı yalnız xarici ölkədə baş tuta bilər. Ailə qardaş ölkə Türkiyədə həkim tapıb. Əməliyyat üçün 150 min ABŞ dolları tələb olunur. Ailənin indiki vəziyyəti buna imkan vermir. Elnur 2020-ci ildə Tovuz döyüşləri zamanı yaralandı. Ondan sonra bu xəstəlik onu tapdı. Elnurun 3 azyaşlı övladı var. Yardımsevər, müharibə iştirakçılarına dəyər verən hər kəsdən xahiş edirik ki, 37 yaşlı Elnura dəstək olsunlar”.

Əlaqə nömrəsi: +994 51 690 42 66

Yardım edən şəxslərdən xahiş olunur ki, qəbzin fotosunu +994 77 599 09 06 nömrəsinə vatsap vasitəsilə göndərsinlər.

Tovuz döyüşləri iştirakçısının köməyə ehtiyacı var - FOTO Tovuz döyüşləri iştirakçısının köməyə ehtiyacı var - FOTO

 

Globalinfo.az
Zaira Akifqızı