Diqqət! Bəzi rayonlarda yollar buz bağlayacaq

Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Martın 11-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.