Rahiblərdən iki ağlasığmaz addım – Polis hərəkətə keçdi

Tailandda iki sərxoş rahib məbədə aid əşyaları satmağa cəhd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Thaiger” nəşri məlumat yayıb.

Belə ki, rahiblər yerli sakindən onlara spirtli içki almağı xahiş ediblər. Bunu görən şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Həmçinin məlum olub ki, rahiblər məbədin əşyalarını sata bilmək üçün yerli sakinlərdən onlara yardım etmələrini istəyiblər.

Dini icma üzvləri xidmətdən uzaqlaşdırılıb və polis məbədin əmlakının oğurlanması ilə bağlı araşdırmaya başlayıb.

Zaira Akifqızı
Globalinfo.az