DİN-dən 14 yaşlı qızın qaçırılması xəbərinə reaksiya

Daxili İşlər Nazirliyi 14 yaşlı qızın evlənmək məqsədilə Masallıya qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Globalinfo.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qızın Masallı rayonunda qohumunun evində olması müəyyən olunub. Onun ailəsinə təhvil verilməsi təmin edilib.

Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb.