General vəzifədən azad edildi – Bura təyin olundu

General vəzifədən azad edildi - Bura təyin olundu

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Sərdar Səfərov vəzifəsindən azad olunub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Vilayət Eyvazovun digər əmri ilə general-mayor Sərdar Səfərov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Məlumatı DİN-dən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.