Amerikalı aktyor Leonardo Dikaprionun sevgilisi, italyan model Vittoria Cerreti, Milandan Rai1 kanalında canlı yayımlanan Olimpiya Oyunlarının açılış mərasimində İtaliya bayrağını qaldırıb.
Globalinfo.az xəbər verir ki, o, İtaliya Olimpiya komandasının formalarının dizayneri Corcio Armani tərəfindən hazırlanmış geyimdə meydana çıxıb.
Bayrağı götürmək üçün səhnəyə İtalya bayrağının rənglərindəki geyimlərdə çıxan üç modeldən biri Ceretti olub.

Əliyar Xəlil
Globalinfo.az