Səlçuq Bayraqdar azərbaycanlı müğənninin məşhur ifasını paylaşdı – VİDEO

Türkiyənin dünyaca məşhur “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynovanın ifa etdiyi “Ay Laçın” xalq mahnısını paylaşaraq Zəfər günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Globalinfo.az bildirir ki, o, izləyiciləri ilə bölüşərək bunları yazıb:

“PUA-larla qazanılan ilk qələbə kimi tarixə düşən Azərbaycan Qələbəsini təbrik edir, şəhidlərimizi rəhmətlə yad edirəm.

Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman bir olmağa davam edəcəyik.”.

Sözügedən ifanın videosunu təqdim edirik:

Globalinfo.az