“ABŞ və müttəfiqləri onlardan asılı olan dövlətləri uğursuzluğa düçar edir”.
Globalinfo.az xəbər verir ki, bunu Dünya Bankının keçmiş rəhbəri Devid Malpass deyib.
O bildirib ki, qlobal institutlar münaqişələr səbəbindən iflasa uğrayır.
“Son bir neçə ay iqtisadiyyat, geosiyasət və qlobal institutlar üçün fəlakətli olub. ABŞ-ın dünyadakı zəifliyi onun Afrika ölkələrini Çin və Rusiyaya təslim etməsinə gətirib çıxarır. Birləşmiş Ştatlar ondan asılı olan dövlətlərin çoxunu uğursuzluğa düçar edir. Buna misal olaraq Nigeri göstərmək olar”, – Malpass vurğulayıb.
Qeyd edək ki, ABŞ son həftələrdə Çin və Rusiyanın siyasəti nəticəsində Çad və Nigerlə hərbi əməkdaşlığı dayandırmaq problemi ilə üzləşib. Pentaqonun keçmiş analitiki və ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan leytenantı Karen Kviatkovski bildirib ki, bu cür addımlar ABŞ-ın Afrikaya qarşı neokolonial siyasətinin sonu ola bilər.
Müşviq Tofiqoğlu
Globalinfo.az














