Dərnəgüldəki taxta bazarında faciə: ölən var

Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül taxta bazarında ölüm hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Ziya Bünyadov prospekti 2072-də yerləşən bazarda 1951-ci il təvəllüdlü Əli Vəli oğlu Vəliyev maşının altında qalıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin bir neçə saat sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az