1684314422 03eb58dae0e6901414ec0834e43198f7 5

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, qəza şəhərin Xətai və A.Azərtürk küçələrinin kəsişməsində qeydə alınıb.

Masallı rayon sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən “Ford” markalı yük maşınının qarşısına çıxıb və nəticədə qəza baş verib.

Toqquşmadan sonra “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: