Atışma yoxdur, Azərbaycan Ordusu geri çəkilməyib – Qriqoryan

“Vayots Dzorda (Dərələyəzdə) vəziyyət sakitdir, Azərbaycan ordusu mövqelərində qalır, heç bir dəyişiklik yoxdur”. 

Globalinfo.az xəbər verir ki, bunu Vayots Dzorun qubernatoru Ararat Qriqoryan deyib.

O bildirib ki, bir ildir ərazidə heç bir insident baş verməyib:

“Azərbaycan Ordusu nə geri çəkilir, nə də irəliləyir, olduqları yerdə qalıblar. Heç bir atışma olmayıb, xoşagəlməz insident yaşanmayıb. Onların ərazidən geri çəkilməsi həm dinc, həm də başqa yolla mümkündür. Onlar sadəcə gəldikləri kimi getməlidirlər. Bunun üçün müharibənin baş verməsinə ehtiyac yoxdur. Onların geri çəkilməsi ilə bağlı razılıq əldə etmək olar”, – qubernator bildirib.

Qeyd edək ki, Vayots Dzor mərzi Naçıvan və Kəlbəcərlə sərhəddə yerləşir.

Ayşən Mustafa
Globalinfo.az