Deputatlığa namizəddən qeyri-adi hərəkətlər – VİDEO

Deputatlığa namizəddən qeyri-adi hərəkətlər - VİDEO

Deputatlığa namizəd Razi Nurullayevin sosial şəbəkə hesabında paylaşdığı video ictimaiyyətdə maraq doğurub.

Globalinfo.az xəbər verir ki, o, sözügedən videoda gündəlik etdiyi idman hərəkətlərini göstərib.

1 sentyabr parlament seçkilərinə təbliğat-təşviqat prosesinin başladığı mərhələdə R.Nurullayevin bu addımı diqqət çəkib.

Qeyd edək ki, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin 7 fevralda baş tutan Prezident seçkiləri ərəfəsində namizədliyi təsdiqləndikdən sonra sağlam qidalanmaqla bağlı Feysbuk hesabında paylaşdığı videolar da maraq doğurmuşdu.

Globalinfo.az