Deputatdan Paşinyana xəbərdarlıq: “Ora getmə”

“Sabah saat 10:00-da çox vacib görüş olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan deyib.

O, Paşinyana Sardarapata gəlməməyi tövsiyə edib.

“Yaxın gələcəkdə daha çox insan bizə qoşulacaq. Bizim öz yolumuz və gündəliyimiz var. Buna uyğun hərəkət edirik. Paşinyan gəlməsə, çox yaxşı olar. Amma gəlsə, bu, onun problemi olacaq. Sardarapatda ancaq layiqli vətəndaşlar olmalıdır”, – deyə deputat vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az