Millət vəkili Rüfət Quliyevin verdiyi açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun “xarici qonaqlarla gecə saat 3-də şəhəri gəzdik, dedilər ki, insanlarda aqressiya yoxdur” deməsi birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan R.Quliyev belə bir söz dediyini təsdiq edib.
“Ukraynadan gələn dostlarımız 5 gün Azərbaycanda qonaq oldular. Onlar istənilən saatda şəhərimizi gəzirdilər. Hər zaman olduğu kimi, ölkəmizlə bağlı təəssüratlarını soruşdum, belə bir fikir bildirdilər.
Bunu mən demirəm, ölkəmizə gələn deputat, bloger və digər şəxslər özləri sosial şəbəkələrdə də paylaşırlar. Onlar digər ölkələrə baxdıqda bizdə aqressiyyanın qat-qat az olduğunu bildirirlər. Bu isə milli əxlaqımızdan irəli gəlir”, – deputat bildirib.
Zaira Akifqızı
Globalinfo.az














