Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazidə batmış üçüncü şəxsin, 2006-cı il təvəllüdlü Rəvan Tacıəhməd oğlu Bəşirzadənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***16:50
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.
Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.














