Dənizdə batan gəmidən yeni görüntülər yayıldı – VİDEO

Mərmərə dənizində batan Türkiyənin “Batuhan A” yük gəmisindən yeni görüntülər yayılıb.

Globalinfo.az bildirir ki, gəmidə itkin düşən 4 dənizçinin axtarış-xilasetmə işləri davam edir.

Dalğıcların yük gəmisinin qalıqları arasında axtarış əməliyyatı zamanı növbəti kadrlar yayımlanıb.

Xatırladaq ki, Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb. Gəminin itkin düşən heyət üzvlərindən ikisinin meyiti aşkarlanıb.