“Demokratiyaya sui-qəsd”: Fransa Rumıniya üçün müraciət etdi, Durov razılaşmadı

"Demokratiyaya sui-qəsd": Fransa Rumıniya üçün müraciət etdi, Durov razılaşmadı

“Teleqram” platforması Rumıniyada keçirilən prezident seçkisinə müdaxilə etmək tələbi alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin baş direktoru Pavel Durov deyib.

O bildirib ki, sorğu bu gün Rumıniyada keçirilən prezident seçkisi ərəfəsində “mühafizəkar səsləri susdurmaq” zərurəti ilə əlaqədar yönləndirilib.

Durov qəti şəkildə bu tələbi yerinə yetirməkdən imtina etdiyini vurğulayıb.

Rəsmi “Teleqram” kanalında yayımlanan mesajında o, hansı ölkə hökumətini nəzərdə tutduğunu birbaşa açıqlamasa da, emojidən istifadə edərək işarə verib və bunu çoxları Fransaya istinad kimi şərh ediblər.

Durov, həmçinin ifadə azadlığı və seçki ilə bağlı öz mövqeyini açıqlayıb. O bildirib ki, “demokratiyanı məhv edərək demokratiyanı qorumaq olmaz” və “seçkiyə müdaxilə ilə mübarizəni seçkiyə müdaxilə etməklə aparmaq olmaz”. Onun fikrincə, ifadə azadlığı və şəffaf seçki ayrılmaz anlayışlardır və rumın xalqı hər ikisinə layiqdir.