Bakı və İrəvan arasında növbəti müzakirə – Sərhəd görüşü başa çatdı

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başa çatıb.

Globalinfo.az xəbər verir ki, tərəflərin 6-ci görüşü Qazaxda keçirilib.

***13:58

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının növbəti iclası başlayıb.

Globalinfo.az xəbər verir ki, görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edir.

Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan öncəki görüş ötən il noyabrın 30-da sərhəddə baş tutub.