Bundan sonra qoşunları sərhədə yerləşdirəcəyik – İrəvan

“Biz sərhəd xəttini hissə-hissə, rayon-rayon demarkasiya etməyə hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Demarkasiyadan sonra razılaşdırılmış xəritələr üzrə qoşunları yenidən sərhədə yerləşdirməyə və eksklav məsələsini sonraya saxlamağa da razıyıq. Ermənistan hökuməti danışıqlar zamanı gərginliyin qarşısını almaq və ölkənin maraqlarını müdafiə etmək üçün hər şeyə hazırdır”, – baş nazir bildirib.

Əliyar Xəlil
Globalinfo.az