Dəm qazı daha bir can aldı: yeniyetmə öldü

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsində qeydə alınıb. Rayon sakini, 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.