6a7c422989d576a7c422989d5817865282976a7c422989d546a7c422989d55

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. 

Məlumata görə, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

6a7c42295fa486a7c42295fa4917865282976a7c42295fa466a7c42295fa47 6a7c422989d576a7c422989d5817865282976a7c422989d546a7c422989d55 1

Paylaş: