Qorxmuram, Azərbaycanla razılaşmamız belədir ki… – Qriqoryan

Qorxmuram, Azərbaycanla razılaşmamız belədir ki... - Qriqoryan

 Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası komissiyasının reqalamentini ratifikasiya edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini, sərhəd delimitasiya komissiyasının sədri Mqer Qriqoryan deyib.

“Proses sinxron gedir, mən sadəcə bilmirəm ki, bu proses Azərbaycanda hansı mərhələdədir. İmzalama zamanı məntiq belə idi ki, o, sinxron olacaq. Mənim Azərbaycanın sənədi ratifikasiya etməyəcəyinə dair qorxum yoxdur. Azərbaycan tərəfi ilə razılaşmamız belədir: reqlamentin təsdiqlənməsi və bildiriş mübadiləsi üçün dövlətdaxili prosedurların başa çatdırılması zəruridir”, – o bildirib.

M.Qriqoryan həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli komissiyanın bəzi məsələlərdə konsensus olmadığına görə toplana bilmədiyini deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Əliyar Xəlil
Globalinfo.az