Dəhşətli müharibənin anonsu verildi – Bakıya dost ölkələr…

Şimali Koreya lideri Kim Çen İn bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edir. O deyib ki, ölkəsinin təhlükəsizliyi tələb edən fövqəladə hallar baş verərsə, onun ərazisini işğal etməyə hazırdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, Asiya qitəsi qaynamaq üzrədir:

“Bəzi qüvvələr bu bölgəni böyük yanğına çevirmək planları hazırlayır. Şimali Koreya rəhbəri boğazdan yuxarı açıqlamalar verir. Çünki Cənubi Koreya hər cəhətdən – iqtisadi, maliyyə, elm, texnologiya və s. Şimali Koreyadan dəfələrlə üstündür. İstənilən müharibə vəziyyətində Şimali Koreyanın uzun müddət dayana bilib-bilməyəcəyi sual doğurur.

Cənubi Koreyanın ABŞ kimi müttəfiqi var. Birləşmiş Ştatların hərbi imkanları da olduqca böyükdür. Müharibə olduğu təqdirdə ABŞ və onun regiondakı müttəfiqləri Avstraliya, Yaponiya və digərlərinə imkan verəcək ki, bütün hərbi, strateji obyektləri qısa zamanda tamamilə məhv edə bilsinlər. Prosesin daxilində həmin qüvvələrə qarşı olan Şimali Koreyanın “müttəfiqləri” Rusiya və Çin kimi dövlətlər də var. Belə bir müharibənin başlaması Üçüncü Dünya müharibəsinin Asiya qitəsindən başlaması anlamına gəlir. Ona görə də Kim Çen İnin bu açıqlaması növbəti sərsəmləmə kimi dəyərləndirilməlidir”.

Politoloqun fikrincə, bu müharibə Azərbaycanın dost olduğu ölkələrə də təsir edəcək:

“Cənubi Koreyada Türkiyəni çox sevirlər, çünki Koreya münaqişəsində Türkiyə hər zaman Seulun yanında olub. Doğrudur, NATO ölkəsi kimi müharibədə iştirak edib. Lakin iştirakı və öz səmimiyyəti ilə bütün Cənubi koreyalıların qəlbini fəth edib.

Hazırda müharibə başlayarsa, rəsmi Ankaranın Şimali Koreyaya qarşı münaqişəyə girməsi gözlənilmir. ABŞ-ın təhriki ilə NATO müharibəyə qarışsa, belə Türkiyə kənarda qalacaq. Ona görə ki bu, Ankaranın müasir siyasətinə uyğun deyil”.

Safura Bənnayeva
Globalinfo.az