Azərbaycanda iki azyaşlının dəhşətli ölümü – Hadisənin VİDEOSU

Azərbaycanda iki azyaşlının dəhşətli ölümü - Hadisənin VİDEOSU

Gecə saatlarında evdə baş verən yanğın faciə ilə nəticələnib. İki uşaq yanaraq ölüb.

Globalinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Astaranın ucqar dağ kəndi Burzubənddə, 60 yaşlı İmaməddin Məmmədova məxsus ikimərtəbəli yaşayış evində baş verib. Yanğın zamanı ailənin iki azyaşlı övladı – 7 yaşlı Kənan Məmmədov və bacısı, 4 yaşlı Zeynəb Məmmədzadə yanaraq dünyalarını dəyişiblər.

Evin gəlini, 25 yaşlı Rəfiqə Mirzəyeva, həyat yoldaşı 30 yaşlı Xətai Məmmədov və ev sahibi İmaməddin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Evin gəlini isə hamilə olduğu üçün Lənkəran Regional Perinatal Mərkəzə yerləşdirilib.

Ehtimal olunur ki, yanğının baş verməsinə səbəb odun sobası olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

***09:50

Astara rayonu Kijəbə qəsəbə ərazisində ölümlə nəticələnən yanğın hadisəsi olub. Fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.

Globalinfo.az bildirir ki, Modern.az hadisə barədə bir sıra məlumatlar əldə edib.

Belə ki, hadisə kənd sakinlərinə məxsus 2 mərtəbəli evdə olub. Yanğın nəticəsində həyatını itirən 2 azyaşlı məktəbəhazırlıq qruplarının uşaqları olub.

Məlumata görə, yanğın odun sobasının alışması nəticəsində baş verib.

Qeyd edilib ki, azyaşlıların valideynləri kənd təsərrüfatları ilə məşğul olan kənd sakinləridir.

Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

***08:38

Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.

Globalinfo.az APA-ya istinadən, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.

25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***00:41

Astaranın Kijəbə qəsəbəsində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.

Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.

25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Astarada fərdi yaşayış evində baş verən yanğında iki azyaşlı ölüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-1 Astarada fərdi yaşayış evində baş verən yanğında iki azyaşlı ölüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-1