“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov

“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? - Elmar Məmmədyarov
“Ermənistan tərəfi bizə həmişə arqument kimi onlara Qarabağın müstəqilliyini və ya Qarabağın Ermənistanın tərkib hissəsi kimi tanımaları üçün güclü təzyiqin olduğunu bildirirdi. Mən Ermənistandan olan həmkarımla Parisdəki tet-a-tet söhbətimdə ona dedim ki, sən məni niyə qorxudursan? Tanımaq istəyirsən, tanı. Amma unutma ki, bu heç də sadə məsələ deyil, sən Minsk qrupunu və həmsədrliyi məhv edəcəksən”.

Globalinfo.az xəbər verir ki, keçmiş XİN rəhbəri İTV-yə müsahibəsində həmin şərhlərin onu narahat etmədiyini qeyd edib:

“Əgər Ermənistan Qarabağın müstəqilliyini və onun bu ölkənin tərkib hissəsi kimi tanısa, onda ABŞ, Fransa və Rusiyanın konfliktin həll edilməsi istiqamətində apardığı işin heç bir mənası olmayacaq. Biz həmişə deyirdik ki, əlbəttə, aydın idi ki, müharibə olmadan mümkün olmayacaq. Əgər əvvəlki müsahibələrimə baxsanız, mən bunu dəfələrlə demişəm”.