Millimiz 9 qol buraxdı: AFFA De Byaziyə görə toplanır

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Globalinfo.az Apasport.az-a istinadən xəbər verir ki, tədbir qurumun inzibati binasında baş tutacaq.

Aprelin 13-dəki yığıncaq saat 10:00-da başlayacaq. İclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçi Canni De Byazinin hesabatıdır.

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk iki görüş barədə komitəyə hesabat verəcək. Toplantıda digər məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, millimiz Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.