Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib.
Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı yığması 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur. C qrupunda II turun digər oyunu bu gün Argentina və Meksika komandaları arasında olacaq.
***
Polşa millisinin futbolçusu 34 yaşlı Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.
Globalinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı yığmasına qarşı C qrupunun II tur matçında fərqlənən İspaniya “Barselona”sının forvardı tarixi qolu göz yaşları ilə qeyd edib. 82-ci dəqiqədə fərqlənən Levandovski oyunda hələlik sonuncu – ikinci qolun müəllifi olub.
Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və hesab avroplalıların xeyrinədir – 2:0














