DÇ-2022: Dramatik matç başa çatdı

DÇ-2022: Dramatik matç başa çatdı

Gərgin keçən matçda Seneqal Ekvadora 2-1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Ekvadorun bərabərlik qolunu 68-ci dəqiqədə Kaisedo vurub. Seneqal bu qola 2 dəqiqə sonra Kulibali ilə cavab verib.

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda birinci hissə başa çatıb.

İsmaila Sarr 44-cü dəqiqədə penaltidən fərqlənməklə Afrika təmsilçisini önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Ekvador və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.