DÇ-2022: Braziliya İsveçrəyə qalib gəldi

DÇ-2022: Braziliya İsveçrəyə qalib gəldi

Braziliya İsveçrəni 1-0 məğlub etdi. Bununla xallarının sayını 3-ə çatdıraraq, növbəti mərhələyə vəsiqəni təmin etdi.

***

Matçın 83-cü dəqiqəsində Kazemiro hesabı açdı: 1-0.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə yığmaları arasında G qrupunun II tur oyununda ikinci hissə başlayıb.

***

Dünya çempionatının seçmə mərhələsində keçirilən Braziliya – İsveçrə matçında işıqlar sönüb.

Bu qarşılaşmanın 44-cü dəqiqəsində baş verib.

Oyunun keçirildiyi “974” stadionunda işıqlarında problem yaranıb və bu qısa müddətdə aradan qaldırılıb.

***

Braziliya – İsveçrə qarşılaşması start götürdü.

***

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda üz-üzə gələcək Braziliya və İsveçrə milli komandalarının start heyətləri açıqlanıb.

Globalinfo.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Kazemiro, Aleks Sandro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Fabian Rider, Cibril So, Bril Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.