Bakıdakı separatçının oğlu: Atam zəng etmişdi…

Antiterror əməliyyatlarından sonra saxlanılaraq Bakıya gətirilən keçmiş qondarma rejimin “parlament sədri”, separatçıların nümayəndəsi David İşxanyan iki dəfə ailəsi ilə əlaqə saxlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun oğlu Armen İşxanyan danışıb.

O bildirib ki, atası ilk dəfə oktyabrın 10-u, ikinci dəfə isə 3 gün sonra onlarla əlaqə saxlayıb:

“İkinci dəfə oktyabrın 13-ü əlaqə saxladıq. O dedi ki, hər şey normaldır, başqa heç nə yoxdur”.

Qeyd edək ki, David İşxanyan Araik Arutyunyandan sonra qondarma seçkilərə kimi qısa bir müddət separatçı rejimin “rəhbəri” vəzifəsini icra edib. O, oktyabrın əvvəlində qondarma rejimin keçmiş “prezidentləri” Bako Saakyan, Araik Arutyunyan və Arkadi Qukasyanla birlikdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Ayşən Mustafa
Globalinfo.az