Daşkəsəndə yanacaqdaşıyan maşın aşdı: ölənlər var – FOTO

Daşkəsəndə yanacaqdaşıyan maşın aşdı: ölənlər var - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Globalinfo.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ural” markalı yanacaq daşıyan avtomobil dərəyə aşıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb.

“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – məlumatda qeyd olunub.

***

Daşkəsəndə yanacaqdaşıyan maşın aşıb, ölənlər var.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, yanacaqdaşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 58 yaşlı Fəxrəddin Həsənov və 27 yaşlı Orxan Səmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daşkəsəndə yanacaqdaşıyan maşın aşdı: ölənlər var - FOTO