“Paşinyan sovet dövründə Qarabağın muxtar vilayət olmasını danışıqların gündəliyinə daxil edə bilsəydi, bu gün daha əlverişli mövqedə olardıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan öz feysbuk səhifəsində yazıb.
“Bu gün Qarabağ ermənilərinin öz evlərinə qayıtması, ən azı minimal muxtariyyət (?), həbsxanalardakı soydaşlarımızın azadlığa buraxılması məsələsini gündəmə gətirməyən Paşinyan üçüncü şəxslərə nə isə təklif edir.
Bunu anlamaq üçün diplomatiya ustası olmağa ehtiyac yoxdur: danışıqlar masasına sıfır tələb qoysanız və gizli güzəştlərinizin haradasa dəyərləndirilməsini gözləsəniz, bu, yalnız yeni güzəştlərə gətirib çıxara bilər”, – V.Oskanyan bildirib.
Qeyd edək ki, rəsmi Bakı Qarabağa heç bir status verilməyəcəyini daha əvvəl dəfələrlə bəyan edib və artıq məsələni həll edib. Bakı həbsxanalarındakı ermənilər isə Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçulardır.
Safura Bənnayeva
Globalinfo.az














