Kopenhagen səmasında bir neçə böyük pilotsuz təyyarə görünməsi səbəbindən şəhərin hava limanında bütün uçuşlar dayandırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, hava limanı hazırda heç bir təyyarəni qəbul etmir.
Polis sözçüsünün məlumatına görə, ərazidə iki ilə dörd arasında böyük dron aşkarlanıb.
Hava limanının fəaliyyəti Bakı vaxtı ilə 22:26-da dayandırılıb. Hava limanının nümayəndəsi bu məlumatı təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.
Tahir Turan
Globalinfo.az