
Danimarkanın Qahirədəki səfiri Misirin Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Misir XİN bəyanat yayıb.
Bəyanatda qeyd edilib:
“Misirin Kopenhagendəki səfirliyi daxil olmaqla, diplomatik missiyaların binalarının yaxınlığında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması aktlarını qəbul etmirik.
Danimarka hakimiyyətini onların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”.














