İngiltərə Danimarka ilə bərabərə qaldı – VİDEO

Danimarka – İngiltərə görüşü başa çatıb.

C qrupunun oyununda heç-heçə qeydə alınıb – 1:1.

Qeyd edək ki, qarşılaşmada UEFA nümayəndəsi kimi həmyerlimiz Könül Mehdiyeva təyinat alıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka – İngiltərə görüşü start götürüb.

Globalinfo.az xəbər verir ki, Frankfurt şəhərindəki “Valdştadion”da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

Danimarka – İngiltərə görüşündə hesab açılıb.

C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.

19-cu dəqiqədə Harri Keyn fərqlənib.

***

Danimarka hesabı bərabərləşdirib.