Danimarka diplomatı 6-cı dəfə Türkiyə XİN-ə çağırıldı

Danimarkanın Ankaradakı müvəqqəti işlər üzrə vəkili Kopenhagendə Quranın yandırılması ilə bağlı aksiyalara görə altıncı dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə məlumat yayıb.

Bildirilib ki, diplomat bundan əvvəl avqustun 18, 21, 22, 23 və 24-də nazirliyə çağırılıb.

Qeyd edək ki, Danimarkada ictimai məkanlarda Quran, eləcə də digər dini kitabların nüsxələrinin yandırılmasını qadağan edən qanun layihəsi müzakirəyə çıxarılacaq.