driskoll

ABŞ Ordusunun katibi Daniel Driskoll müdafiə naziri Pit Heqsetlə aylar ərzində davam edən fikir ayrılıqlarından sonra istefa ərizəsini prezident Donald Trampa təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Driskollun Pentaqondakı fəaliyyətini yaxın günlərdə başa vuracağı gözlənilir. Ağ Evin nümayəndəsi Anna Kelli isə onun Tramp administrasiyasının gündəliyinin həyata keçirilməsində mühüm rol oynadığını və hərbi əməliyyatlar zamanı effektiv liderlik nümayiş etdirdiyini bildirib.

Driskollun fəaliyyəti yalnız ABŞ ordusundakı vəzifəsi ilə məhdudlaşmayıb. 2025-ci ilin noyabrında prezident Tramp onu Ukraynadakı münaqişənin həlli ilə bağlı diplomatik prosesdə iştirak edən nümayəndə heyətinə daxil edib.

2026-cı ilin fevralında isə Driskoll Cenevrədə Rusiya, UkraynaABŞ nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlarda Vaşinqtonu təmsil edən şəxslərdən biri olub.

Onun istefası Pentaqonda yüksək səviyyəli rəhbərliklə bağlı son aylarda baş verən dəyişikliklər fonunda diqqət çəkir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: