baki 9

Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar “Yeni klinika”ya yerləşdiriliblər.

Globalinfo.az bildirir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.

Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir:

“Vəziyyətləri orta sabitdir”.

***21:05

AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə göndəriləcək.

Globalinfo.az bildirir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlar Aktaudan Azərbaycana yola salınacaq. Lakin dəqiq tarix açıqlanmayıb.

Paylaş: