Tanınmış aktrisa daha seriala çəkilməyəcək

Türkiyənin tanınmış aktrisası Selin Demiratar sənətdən getdiyini açıqlayıb.

Globalinfo.az “Qafqazinfo”ya xəbər verir ki, iş adamı Mehmet Ali Çebi ilə evləndikdən sonra çəkilişlərdən imtina edən aktrisa illər sonra tədbirlərin birində görüntülənib.

Məşhur aktrisa açıqlamasında bu sözləri deyib: “Aktyorluğu atdım, artıq təqaüdə çıxdım. Bu işə çox gənc yaşlarımda başlamışdım, çəkilişlərin tempi məni yorurdu və belə bir qərara gəldim. Həyat yoldaşım, itlərim və pişiklərimlə gözəl bir həyat yaşayıram”.

Qeyd edək ki, Selin Demiratar “Acı Hayat”, “Adanalı”, “Huzur Sokağı” kimi məşhur seriallarda rol alıb.