Daha bir təyyarə qəzası: ölənlər var

Daha bir təyyarə qəzası: ölənlər var

Tailand sahillərində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həyatını itirib, daha bir nəfər isə ağır yaralanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Pxetçaburi vilayətinin Ça-Am şəhəri yaxınlığında baş verib.

Məlumata əsasən, təyyarə Tailandın Milli Polis Agentliyinə məxsusdur.

Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.