“Səs” qəzeti tamamilə bağlanmır, həftədə bir dəfə çap olunacaq.
Globalinfo.az bildirir ki, qəzetin baş redaktoru Bəhruz Quliyev Teleqraf-la əlaqə saxlayaraq yeni qərar barədə məlumat verib.
Onun sözlərinə görə, heyətlə keçirilən növbəti iclasda restrukturuzasiya, optimallaşma işləri və texniki məsələlər müzakirə olunub və belə qərara gəlinib.
***13:06
“Səs” qəzeti bağlanır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev məlumat yayıb.
O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, qəzət 1991-ci ilin yanvar ayından fəaliyyət göstərirdi.