Tailandda “mpox” virusuna yoluxma halı qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, virus ötən həftə Afrikadan gələn 66 yaşlı avropalıda aşkar olunub.
Xəstəliklərə nəzarət Departamentinin baş direktoru Tonqçay Kiratixattayakorn “Reuters”ə bildirib ki, Tailand hökuməti xəstənin avqustun 14-də xəstəliyin yayıldığı Afrika ölkəsindən gəldiyi üçün bu hadisəni birinci altqrupa aid “mpox” xəstəliyi kimi qiymətləndirirlər.
Baş direktor Afrika ölkəsinin adını açıqlamayıb.
Hazırda xəstəliyin “Klad I” variantı olub-olmadığının bilinməsi üçün test cavablarının çıxması gözlənilir.














